Xəbərlər

Azərbaycan cüdoçusu Zaqrebdə keçirilən Qran-Pridə bürünc medal qazanıb

20 avqust 2023 173

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.

Bununla da Qran-Priyə yekun vurulub.