Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazanıb
14 avqust 2025 - 15:29 504
Kikboksinq üzrə Azərbaycan millisinin üzvü Amin Quliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medal qazanıb.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 4 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) mükafatçılar sırasında yer alıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı