Azərbaycan fiqurlu konkisürəni Milan-Kortina-2026-da ilk çıxışını edib
10 fevral 2026 - 23:45 523
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycan millisinin üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında mübarizəyə start verib.
Çin Xalq Respublikası, ABŞ, Koreya Respublikası, Slovakiya və Latviya idmançılarının da yer aldığı üçüncü qrupda çıxış edən Azərbaycan təmsilçisi qısa proqramda 13-cü sırada buz üzərinə çıxıb. 25 yaşlı idmançımız hakimlərdən 63.63 bal toplayıb.
Qaydalara əsasən, 29 iştirakçı arasında ilk 24-lüyə düşən idmançılar fevralın 13-də keçiriləcək sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.
İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev də tribunadan izləyib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

