Azərbaycan gimnastı beynəlxalq yarışda fərqlənib
09 dekabr 2024 1031
Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq yarışda uğurla çıxış edib.
Öz növündə dünya çempionatının komanda hesabında qalibi, Avropa çempionatının gümüş mükafatçısı olan idmançı üçüncü dəfə qatıldığı yarışda qələbə qazanıb.
“FaceOFF” 2014-cü ildən etibarən dünya gimnastikasının ən parlaq ulduzlarını bir araya gətirən prestijli beynəlxalq yarışdır. Bu yarış fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparır, bu da tamaşaçılar üçün möhtəşəm idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.
Hər il müxtəlif ölkələrdən yüzlərlə idmançını bir araya gətirən bu yarış ancaq ən yaxşıların qələbə qazanmaq şansı olduğu yüksək rəqabət mühiti yaradır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı