Azərbaycan gimnastı İspaniyada bürünc medal qazanıb
23 iyun 2025 - 16:04 607
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Arif Məmmədzadə İspaniyanın Cunit şəhərində keçirilən beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb.
Gimnastika Federasiyasından bildiriblər ki, fərdi proqramda 14.050 xal toplayan idmançı bürünc medal qazanıb.
Üç gün davam edən turnirdə fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış edən digər yığma üzvləri mükafatçılar sırasında yer ala bilməyiblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı