Azərbaycan gimnastları Avropa kubokunda uğurlu nəticələr əldə ediblər
19 may 2025 1014
Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.
Böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə ediblər.
İdmançılar fərdi çıxışlarda da öz bacarıqlarını məharətlə göstəriblər.
Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal), Şəms Ağahüseynova isə lent ilə proqramda (25.299 xal) gümüş medala yiyələniblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı