Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
29 mart 2025 871
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.
Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafatçılar sırasına düşüb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.
Bundan əlavə, dörd yeniyetmə gimnast finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı