Azərbaycan gimnastları Belarusdakı qran-pri yarışında 4 medal qazanıblar
29 iyul 2024 786
İyulun 26-dan 28-dək Belarusun paytaxtı Minskdə keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.
Fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.
Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

