Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
29 iyun 2024 1028
Azərbaycanın 3 qadın güləşçisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında medal qazanıb.
54 kiloqram çəkidə mübarizə aparan Rəna Nuriyeva yarımfinalda rusiyalı Evgeniya Kuskovanı yenərək finala çıxsa da, həlledici qarşılaşmada qırğızıstanlı Adinay Baizkulovaya uduzub və gümüş medalla kifayətlənib.
62 kiloqram çəki dərəcəsində yarışan Simura Abdullayeva bürünc medal uğrunda görüşdə rusiyalı Paraşkovya Uşnitskayanı məğlub edib.
39 kiloqramda mübarizə aparan Gülnar Ağadadaşova isə belaruslu Anastasiya Nekleyeva üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı