Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar
30 iyun 2024 876
Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar.
Hüseyn Rzazadə (38 kq) rusiyalı Kiril Kondraşovu üstələyərək gümüş medal qazanıb.
Azərbaycanın digər təmsilçisi Rəşid Nəzərov (52 kq) özbəkistanlı Abdullo Alijonovu məğlubiyyətə uğradaraq bürünc medala sahib olub.
Nihad Süleymanlı (75 kq) isə bürünc medal uğrunda görüşdə belaruslu Yuriy Kovalyevdan üstün olaraq üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı