Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar
16 fevral 2025 757
Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində 3 medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən, Memorialda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 pəhləvan təmsil edib.
Milli üzvləri 1 gümüş və 2 bürünc medal qazanıblar.
74 kq-da Turan Bayramovla Qadjimurad Omarov çıxış edib. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbələrlə, Omarov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı İnalbek Şeriyevə 2:5 hesabıyla məğlub olubsa, Qadjimurad türkiyəli Fazlı Eryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Omarov finalda Şeriyevə uduzub (3:11) və gümüş medalı boynundan asıb.
Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova 4:6 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Qamzatova (4:3) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurublar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı