Azərbaycan güləşçiləri Dünya Seriyasında iki medal qazanıblar
01 iyun 2025 649
Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.
2 gün davam edən yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.
Ötən gün B qrupunda 2 qələbə qazanan Vüsal Əliyev (80 kiloqram) bu gün qrupda keçirdiyi son görüşdə amerikalı Rodrik Lavı 4:0 hesabı ilə üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu növdə üçqat dünya çempionu olan İbrahim Yusubov (90 kiloqram) da qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Dünən A qrupunda 2 qələbə qazanan həmyerlimiz son turda iranlı Səid Larganidən güclü olub - 5:2. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı