Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar
01 iyul 2024 1127
Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Kaspiysk şəhərində keçirilmiş Əli Əliyevin xatirə turnirində iştirak ediblər.
54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər mübarizə aparıblar.
Güləşçilərimiz ənənəvi turnirdə 2 qızıl və 3 bürünc medal qazanıblar.
Əli Rəhimzadə (65 kiloqram) və Aslan Abakarov (97 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kiloqram) və Şamil Zubairov (92 kiloqram) isə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı