Azərbaycan güləşçisi dünya çempionu oldu, milli rekorda imza atdı
22 oktyabr 2025 - 23:40 560
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.
Elmir Əliyev (55 kiloqram) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.
Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kiloqram) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.
Yunan-Roma güləşi üzrə yarışın bitməsinə bir gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı