Xəbərlər

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

01 noyabr 2026 - 18:23 22

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 

92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.

 

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq.