Xəbərlər

Cüdoçumuz Dakar-2026-ya qələbə ilə başladı

01 noyabr 2026 - 14:23 27

Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

 

-55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final mərhələsində Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussa ilə qarşılaşıb.

 

Görüşü qələbə ipponla başa vuran İbrahim Talıbov adını yarımfinala yazdırıb.