Cüdoçumuz U-23 Avropa çempionatında qızıl medal qazandı
30 oktyabr 2026 - 22:58 19
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.
İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.
Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir.
Bənzər xəbərlər
"Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) ... Ətraflı
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı