Xəbərlər

Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı

01 noyabr 2026 - 15:08 33

Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ardıcıl ikinci qələbəsini qazanaraq final mərhələsinə vəsiqə əldə edib.

 

-55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı da mübarizədən kənarlaşdırıb. 

 

Final görüşü Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

 

Qeyd edək ki, yarışa 1/4 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı məğlub edib.