Xəbərlər

Dakar-2026: Cüdoçumuz qızıl medal qazandı

01 noyabr 2026 - 20:14 41

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. 

 

Bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. -55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb. 

 

Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı. 

 

Noyabrın 13-dək davam edəcək Dakar-2026-da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.