Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər
07 dekabr 2024 1013
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kursları keçirilib.
Kurslarda Azərbaycanın fərdi proqram və qrup hərəkətləri üzrə bədii gimnastika hakimləri də iştirak ediblər.
Nigar Abdusalimova (fərdi və qrup hərəkətləri proqramı üzrə), Yevgeniya Vilyayeva (qrup hərəkətləri və fərdi proqram üzrə) 1-ci və 2-ci kateqoriyaya, Səbinə Hacıyeva 2-ci kateqoriyaya (fərdi proqram üzrə), Vəfa Bəkərova isə (qrup hərəkətləri proqramı üzrə) 3-cü kateqoriyaya yiyələniblər.
Bununla da Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər.
Bənzər xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 ... Ətraflı

