Azərbaycan Həndbol Federasiyası “Top Təşkilatçılıq Sertifikatı” ilə təltif olunub
20 sentyabr 2025 - 16:04 547
Avropa Həndbol Federasiyası Azərbaycan Həndbol Federasiyasını beynəlxalq yarışların yüksək səviyyədə təşkili və peşəkar idarəçiliyinə görə xüsusi “Top Təşkilatçılıq Sertifikatı” ilə təltif edib.
Bu mükafat Azərbaycanın idman sahəsində artan nüfuzunun və təşkilati bacarıqlarının Avropa miqyasında tanındığının göstəricisidir. Sertifikat ölkəmizdə keçirilən beynəlxalq turnirlərin həm təşkilati, həm də texniki baxımdan Avropa standartlarına tam cavab verdiyini sübut edir.
Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, bu mükafat gələcəkdə daha böyük beynəlxalq turnirlərin ölkəmizdə təşkilinə yeni imkanlar açacaq və idman ictimaiyyətində Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı