Azərbaycan İdman Akademiyasının proqramları beynəlxalq akkreditasiyadan keçib
15 noyabr 2024 992
Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib.
Akademiyanın magistratura səviyyəsi üzrə “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisaslaşmaları, bakalavriat səviyyəsi üzrə isə “İdman menecmenti və kommunikasiya” ixtisası zəruri tələblərə cavab verdiyinə görə 5 il müddətinə beynəlxalq akkreditasiya sertifikatı əldə edib. Akkreditasiya prosesi Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (EQNA) üzvü olan və Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatdan keçmiş müstəqil agentlik tərəfindən aparılıb.
Müvafiq Akkreditasiya prosesindən uğurla keçmək akademiya tərəfindən verilən səriştələrin beynəlxalq səviyyədə tanınması, yüksəkkeyfiyyətli təhsil xidmətlərinin təminatı və beynəlxalq tələblərə uyğunluğun təsdiqi hesab olunur.
Həmçinin bu proses akademiya tələbələri üçün xarici universitetlərdə müxtəlif akademik mobillik proqramlarında iştirak, magistratura və doktoranturaya qəbul, məzunların həm yerli, həm də beynəlxalq əmək bazarlarında rəqabət qabiliyyətinin artırılması, öz ixtisasları üzrə ölkədə və xaricdə işlə təmin olunması imkanları yaradır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı