Xəbərlər

Azərbaycan idmançıları Çinin Çenqdu şəhərinə yola düşüblər

24 iyul 2023 245

XXXl Ümumdünya Yay Universiadasında iştirak edəcək Azərbaycan idmançıları Çinin Çenqdu şəhərinə yola düşüblər.

İyulun 28-dən avqustun 8-dək keçiriləcək Universiadada ölkəmiz 16 idman növündə - atletika, atıcılıq, akademik avarçəkmə, badminton, basketbol, bədii gimnastika, cüdo, tennis, uşu, taekvondo, voleybol, kamandan oxatma, stolüstü tennis, idman gimnastikası, üzgüçülük, qılıncoynatma idman növlərində ümumilikdə 87 idmançı ilə təmsil olunacaq.