Azərbaycan idmançıları İtaliyada keçirilmiş turnirdə 16 medal qazanıblar
27 fevral 2025 974
Azərbaycan idmançıları İtaliyanın paytaxtı Romada keçirilmiş ciu-citsu üzrə "Grand Slam Roma 2025" turnirində 16 medal qazanıb.
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosasiyasının mətbuat xidmətinə istinadən, medallardan 5-nin əyarı qızıl, 7-si gümüş, 4-ü isə bürünc olub.
Ayaz Süleymanov, Mark Simvol, Həsən Nəsirzadə, Maksud Hacıyev və Samir Mirzəyev fəxri kürsünün ən yüksək piləsinə qalxıblar. Ramil Muradov, Tamerlan Meyralıyev, Nağı Nağızadə, Rafiq Mehdiyev, Timur Simvol, Müslüm Əliyev, Murad İsmiyev yarışı ikinci yerdə bitiriblər.
Emin Əsədov, Dmitri Sivov, Cavidan Meyralıyev, Bağır Əliyev isə bürünc medala sahib olublar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı