Xəbərlər

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli oldu

03 yanvar 2024 276

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin ilin ilk ayına olan reytinq cədvəlini açıqlayıb. 


Reytinq cədvəlinə görə bədii gimnast Zöhrə Ağamirova (610 xal) birinci pillədə qərarlaşıb.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (540) ikinci, cüdoçu Zelim Kotsoyev (360) üçüncü sıradakı mövqeyini qoruyub.

 

İdman gimnastı Nikita Simonov (355), stend atıcılığı üzrə MİX komanda (340), Hidayət Heydərov (305), Gültac Məmmədəliyeva (300), Leyla Əliyeva (280), (hamısı cüdo), idman gimnastı Nazənin Teymurova və güllə atıcısı Ruslan Lunyov (hər ikisi 250 xal) növbəti sıralarda yer alıblar.