Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
02 dekabr 2025 - 17:03 533
Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının dekabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən bildiriblər ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (430 xal) üçüncü pillədə qərarlaşıb
Reytinq cədvəlində, həmçinin Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) yer alıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı