Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb
28 may 2024 755
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.
İki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və "Prix Sant George" proqramı üzrə bir bürünc medal qazanıb.
O, “İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı