Azərbaycan idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasında gümüş medal qazanıb
03 iyul 2024 1116
Azərbaycan idmançısı Fransada keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində gümüş medal qazanıb.
San Loren Dü-Var şəhərinin çimərliyində təşkil olunan yarışda İbrahim Yusubov (90 kq) ilk mərhələdə rəqiblərinə heç bir şans tanımayıb.
Dünya çempionumuz A qrupunda həm fransalı Matis Mayrandı, həm yunanıstanlı Georgios Tsaknakisi, həm də moldovalı Trayan Kapatinanı 3:0 hesabı ilə məğlub edib. Yusubov yarımfinalda ukraynalı Demid Karaçenkonu da eyni hesabla üstələyib. Finalda yenidən Kapatina ilə qarşılaşan İbrahim bu dəfə 1:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Ramiz Həsənov (80 kq) isə A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələyib (1:1), fransalı Huqo Kuenoya isə uduzub – 0:3.
İlk dəfə çimərlik yarışında iştirak edən Rəşid Babazadənin debütü uğurlu alınmayıb. O, B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) məğlub olduğu üçün qrupda 3-cü pillədə qərarlaşıb və mübarizəni erkən başa vurub.
Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı