Azərbaycan idmanında ilin ən yaxşıları adına namizədlər açıqlanıb
09 dekabr 2024 1059
Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşıları seçiminin sosial media mərhələsinə start verib.
Sorğu 2 mərhələdə keçirilir. İlk mərhələdə səsvermə idman federasiyaları, idman jurnalistləri (hər KİV-dən bir nəfər) və sosial media izləyiciləri arasında aparılır.
İkinci mərhələdə isə Gənclər və İdman Nazirliyi yanında Xüsusi Komissiya üzvləri səs verəcəklər. Təqdim edilən hər nominasiya üzrə 5 namizədə səs verilir. Səs vermək üçün namizədin adının qarşısındakı dairədə layiq görüldüyü yer rəqəmlə (1-dən 5-dək) yazılır. Sorğunun obyektivliyi üçün federasiyalar öz növlərinin təmsilçilərinə səs verməməlidirlər. Öz nümayəndələrinə verilən səslər nəzərə alınmayacaq.
Hər iki mərhələnin ümumi yekununa əsasən, ən çox səs toplamış ilk üç namizəd qalib elan edilir.
Hər nominasiya üzrə 1-dən 5-dək qiymətləndirdiyiniz namizədlər aşağıdakı cədvələ əsasən xal qazanacaqlar.
Namizədlərin siyahısı ilə bağlı məlumatı bu linkdən əldə etmək olar: https://t.me/azerbaycanidmani
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı