Azərbaycan III MDB oyunlarında növbəti medalını qazandı
28 sentyabr 2025 - 11:12 777
Azərbaycan komandası III MDB Oyunlarında növbəti medalını qazanıb.
Komandamız üçüncü medalını Gəncə şəhərində təşkil olunan üzgüçülük yarışlarında əldə edib. Gəncə İdman Sarayında keçirilən yarışlarda üzgüçümüz Mehri Abdurrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu üzrə üzmədə bürünc medala layiq görülüb. Digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasından kənarda qalıb.
Xatırladaq ki, ötən gün Azərbaycanın oğlan və qızlardan ibarət stolüstü tennis komandaları gümüş medala sahib çıxmışdı.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı