Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazanıb
03 oktyabr 2025 - 13:00 483
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.
O, kişilərin fərdi yarışında 60.190 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Selcan Mahsudova qadınların fərdi yarışında bürünc medal qazanmışdı.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı