Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq
03 dekabr 2025 - 18:00 471
Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova turnirdə iştirak edəcəklər.
İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçı Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaqlar.
Dünya çempionatı fevralın 7-dən 14-dək Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək.
Qeyd edək ki, İbrahim Əliyev ilə Zəhra Salmanlı bu ilin oktyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı