Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilib
20 fevral 2026 - 15:30 404
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) adı dəyişdirilib.
AKAF-dan bildirilib ki, qurum bundan sonra Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.
Bununla bağlı müvafiq qərar federasiyanın Ümumi Yığıncağında qəbul olunub.
Bu addımın ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyini artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıdığı, eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etməyin əsas prioritet olduğu bildirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı