Azərbaycan karate millisinin üzvləri ilə görüş keçirilib
30 yanvar 2025 792
Azərbaycan Karate Federasiyasında idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandanın üzvləri və məşqçilər heyəti görüş keçirib.
Qurumdan verilən məlumata görə, görüş zamanı yığma üzvlərinin problemləri dinlənilib, gələcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.
Federasiya rəhbərliyi, həmçinin yığmanın üzvü, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska ilə görüşüb. İdmançı 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.
Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən karateçi Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı