Xəbərlər

Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

26 fevral 2024 91

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate 1 Gəncləri Liqası” turnirində uğurla çıxış ediblər.

 

Milli komanda yarışda 3 medal qazanıb.

 

Qızlar arasında Gülay Orucova (59 kiloqram), yeniyetmələrdən Nəsimi Musayev (70 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərin mübarizəsində isə Fərid Hacızadə (55 kiloqram) üçüncü yerin sahibi olub.