Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazanıblar
08 may 2025 801
Azərbaycanın ənənəvi karate millisi Polşanın Pulavı şəhərində keçirilən fudokan üslubu üzrə X dünya çempionatının ilk günündə 3 medal qazanıb.
Böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.
Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və builki turnir mayın 11-də yekunlaşacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı