Xəbərlər

Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

11 dekabr 2023 225

Karate üzrə Azərbaycan yığması İtaliyanın Venesiya şəhərində gənclər arasında Karate 1 Liqasını iki medalla başa vurub.

Kumite üzrə yarışda Fərid Hacızade fəxri kürsünün iki pilləsinə qalxıb.

Kata növündə isə Salman Salmanov bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək üçüncü yeri tutub.