Azərbaycan karateçisi Avropa çempionu oldu
10 may 2026 - 10:05 346
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
İdmançılarımız mötəbər yarışda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edirlər. Komandamız Fudokan üzrə nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı, eləcə də yeniyetmə və gənclər arasında Avropa kuboku üzrə yarışlara mayın 10-da yekun vurulacaq. Hazırda bir neçə yeniyetmə və gənc karateçimiz Avropa kuboku uğrunda mübarizəni davam etdirir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı