Xəbərlər

Azərbaycan karateçisi İrina Zaretska Avstriyada qızıl medal qazanıb

05 oktyabr 2026 - 11:23 15

Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən Karate 1 - A Seriyası turnirində qızıl medal qazanıb.

 

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

 

İrina Zaretska 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.