Azərbaycan karateçisi Türkiyədə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb
23 avqust 2025 - 13:17 492
Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında qızıl medal qazanıb.
22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) mübarizə aparan təmsilçimiz həlledici mərhələdə yerli idmançıya qalib gəlib.
Qeyd edək ki, 28 ölkədən 1837 karateçinin qüvvəsini sınadığı turnirdə Azərbaycanı 67 idmançı təmsil edir. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa avqustun 24-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı