Azərbaycan kikboksçuları İtaliyada keçirilən Avropa çempionatında uğurla çıxış ediblər
21 sentyabr 2025 - 13:40 468
Sentyabrın 12-dən 21-dək İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında Avropa çempionatı keçirilib.
Azərbaycan millisinin üzvləri yarışda yüksək nəticə göstərərək, 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıblar. Ümumilikdə 41 ölkə arasında mübarizə aparan yığma medal sıralamasında 14-cü yeri tutub.
Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova Avropa çempionatında beynəlxalq A kateqoriyası qazanmaqla yanaşı, yarışın ən yaxşı qadın rinq hakimi adına da layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı