Azərbaycan kikboksçusu Yunanıstanda Avropa çempionatında iki qızıl medal qazanıb
08 noyabr 2024 518
Azərbaycan kikboksçusu Eduard Məmmədov (63 kq) Yunanıstanın paytaxtı Afinada keçirilən WAKO versiyası üzrə Avropa çempionatının "Master Class" kateqoriyasında 2 versiya üzrə 2 qızıl medal qazanıb.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrlə dünya və Avropa çempionu olan idmançı bunu özü açıqlayıb.
O, "Light Contact" versiyasında italiyalı Marko De Franko və isveçli Ola Alvarssonu üstələyib. "Kick Light" versiyasında isə Ola Alvarsson və italiyalı Siro Simeone Kaloqeroya qalib gələrək 11-ci dəfə Avropa çempionu olub.
"Bu qələbəmi Zəfər Gününə və şəhidlərimizə həsr edirəm. Allah şəhidlərimizə rəhmət etsin! Zəfər Günündə bayrağımızı dünya arenasında iki dəfə ucaldıb, himnimizin səsləndirilməsinə nail oldum. Mənim üçün bu şərəf və fəxrdir. QARABAĞ AZƏRBAYCANDIR!" - deyə idmançı bildirib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı