Azərbaycan komandası birinci oldu
06 sentyabr 2025 - 20:26 595
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb. Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb.
İlk yarış günündə Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (-66 kq) isə turniri bürünc medalla tamamlayıb.
Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında -66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.
Qeyd edək ki, Fərid Qarayev (-60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub.
Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
