Azərbaycan komandası ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir
27 oktyabr 2025 - 09:55 514
Oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XX dünya çempionatına və qadınlar arasında XI dünya çempionatına start verilib.
Noyabrın 1-dək davam edəcək yarışlarda Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan, Bəhreyn, Belarus, Burkina Faso, Bolqarıstan, Kamerun, Çin, Kot-Divuar, Çexiya, BƏƏ, Almaniya, İran, Qətər, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Slovakiya, Tacikistan, Özbəkistan və Avstriyanın komandaları iştirak edir.
Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətləri vasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişafı məqsədilə təşkil olunur.
"Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası" Assosiasiyası (ISFFR), 2001-ci ildə Yanğınsöndürmə və Xilasetmə Xidmətləri rəhbərlərinin 1-ci Beynəlxalq Konfransının qərarı ilə təsis olunub və hazırda 33 ölkədən olan yanğınsöndürənlər və xilasediciləri birləşdirir.
Yanğın-xilasetmə idmanı üzrə ilk çempionat 2002-ci ildə Moskva şəhərində keçirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı