Azərbaycan komandası III MDB oyunlarında daha bir qızıl medal qazandı
03 oktyabr 2025 - 13:24 451
III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksindən keçirilən batut gimnastikası üzrə yarışlar davam edir.
Bu gün Selcan Mahsudovanın bürünc medalının ardından komandamızın daha bir üzvü mükafatçılar sırasında yer alıb. Millimizin heyətində batut gimnastikası üzrə kişilərin mübarizəsində Maqsud Mahsudov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gimnastımız fərdi yarışlarda hakimlərdən 60.190 xal toplayıb.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışlar bu gün başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı