Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
14 sentyabr 2026 - 11:50 24
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük yarışında uğurlu nəticə göstəriblər.
Komitədən bildirilib ki, Azərbaycan təmsilçiləri 4x50 metr məsafəyə sərbəst üsulla komanda estafetində 3 dəqiqə 14,55 saniyə nəticə ilə birinci olublar.
Atletlər fərdi yarışlarda da mükafatçılar sırasında yer alıblar. Mirqayıb Rəsulov 50 metr məsafəyə “batterflay” və sərbəst üsulla üzmədə gümüş medal qazanıb. Georgi Qəniyev 50 metr arxasıüstə üzmədə ikinci, sərbəst üsulda isə üçüncü olub. Ağasəlim Abdullayev 25 metr brass üsulunda ikinci, 50 metr məsafədə isə dördüncü yeri tutub. Məhəmməd Əli 50 metr arxasıüstə üzmədə üçüncü, sərbəst üsulda isə altıncı olub.
Bənzər xəbərlər
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının ... Ətraflı
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) fəaliyyətinə uzun illər töhfə vermiş, ... Ətraflı