Azərbaycan komandası Paralimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb
05 sentyabr 2024 1220
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.
Siyahıya Çin komandası (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.
Hələlik 78 ölkə təmsilçiləri mükafat əldə edə biliblər.
Qeyd edək ki, Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı