Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı
08 noyabr 2025 - 21:33 513
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.
Olympic.az xəbər verir ki, komandamızın heyətində dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finalda qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları İslamiadanın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc medal qazanıb. Üçüncü yer uğrunda mübarizə aparan digər cüdoçumuz Fidan Əlizadə (-52 kq) isə məğlub olaraq beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


.jpeg)

.jpeg)



