Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazandı
10 noyabr 2025 - 18:35 526
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazanıb.
Olympic.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə millisi qarışıq komanda yarışlarının finalında Özbəkistan yığmasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan komandamız ilk mərhələdə Səudiyyə Ərəbistanı yığmasına 4:0, yarımfinalda isə Qazaxıstan seçməsinə 4:1 hesabı ilə qalib gəlib.
Bununla da Ər-Riyad-2025-in cüdo yarışlarına yekun vurulub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışların əvvəlki günlərində keçirilən fərdi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmışdılar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



