Azərbaycan komandasının VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi
21 noyabr 2025 - 12:26 560
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Olympic.az saytı xəbər verir ki, bu gün keçiriləcək bağlanış mərasimində üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparacaqlar.
Həsrət Cəfərov (67 kq) VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb.
Səbinə Kərimovanın çıxış etdiyi qadınlardan ibarət qılıncoynatma komandasında sablya növü üzrə yarışlarda çempionu olub.
Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı